...

Azərbaycan ombudsmanı Ədliyyə Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 29 Avqust 2014 17:33
Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.
Azərbaycan ombudsmanı Ədliyyə Nazirliyinə müraciət edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan ombudsmanının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmələr zamanı müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda, sanitar tibb hissəsinə baxış keçirilib, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilib, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti