...

Daxili İşlər Nazirliyi Şəhidlər xiyabanında müşahidə kameraları quraşdırdı

Cəmiyyət Materials 2 Sentyabr 2014 13:07 (UTC +04:00)
Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.
Daxili İşlər Nazirliyi Şəhidlər xiyabanında müşahidə kameraları quraşdırdı

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb. Bu barədə Trend DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova istinadən məlumat yayıb.

Qeyd edək ki, avqustun 21-dən 22-nə keçən gecə paytaxtda Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin törədilməsi faktı ilə bağlı cinayət işi başlanıb və təqsirkarın müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam edir.

E.Zahidov bildirib ki, gələcəkdə belə halların baş verməməsi, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi məqsədi ilə müqəddəs məkanlarımızdan olan Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti