...

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bilik Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 11:53 (UTC +04:00)
Sentyabrın 15-də yeni tədris ilinin başlanması və Bilik günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bilik Günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 15-də yeni tədris ilinin başlanması və Bilik Günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib.

Sonra ilk dəfə əyninə hərbi forma geyinmiş gələcəyin zabitləri sıra meydanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin və ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gənc kursantlar Şərəf Andını qəbul etdikdən sonra hərbi lisey rəisi general-mayor Mirzə Almasov onları təbrik edib və şərəfli yolda gələcəyin zabitlərinə uğurlar arzulayıb. Sonra şəxsi heyət qarşısında liseyin müəllimləri və gənc kursantların valideynləri çıxış edərək əlamətdar gün münasibətilə hamını təbrik edib, gənclərimizə xeyir-dua verib və kursantların gələcəkdə Silahlı Qüvvələrimizin hərbi qüdrətinin güclənməsinə öz töhfələrini verəcəklərinə əmin olduqlarını ifadə ediblər.

Kursantların təntənəli marşla keçidindən sonra lisey rəhbərliyinin valideynlərlə görüşü keçirilib və onlar liseydə yaradılmış şaraitlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti