Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda gülçülərin yarışı keçiriləcək.
Yarışın təşkilatçısı olan "Wedding Art House" şirkətindən Trend-ə verilən məlumata görə, yarışda bu sahədə illərdir çalışan gülçülər bir araya gəlib öz məharətlərini göstərəcəklər. Yarış iştirakçıları bir neçə çətin mərhələlərdən keçəcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Şirkətin rəhbəri Nigar Məmmədova bildirib ki, bu yarışda özünə və əməyinə güvənən hər kəs iştirak edə bilər: "Ola bilər ki, kim isə gülçülük sahəsində tanınmır, yəni onun böyük gül salonu və tanınan xidməti yoxdur. Amma öz bağında, bağçasında eksklüziv çiçəklər yetişdirir. Onun becərdiyi güllər fərqli olduğu üçün işləri də fərqli olacaq. Biz belə adamları da tapıb üzə çıxarmaq istəyirik".
Qeyd edək ki, artıq yarışda iştirak üçün toplanış başlanıb. Yarışla bağlı əlavə məlumat almaq istəyənlər 0774144114 telefon nömrəsi ilə əlaqə saxlaya bilər. Paytaxtın ən yaxşı gülçülərinin yarışının təfərrüatlarını https://www.facebook.com/wedding.art.house?fref=ts rəsmi facebook səhifəsindən də öyrənmək olar.