...

Beyləqanda ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2014 13:31 (UTC +04:00)
Beyləqanda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib.
Beyləqanda ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

Beyləqanda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 1-də Beyləqan şəhərindəki Heydər Əliyev meydanında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib.

Mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. Respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini oxuyb.

Beyləqan və Xocavənd rayonları icra hakimiyyətlərinin başçıları Vaqif Abdullayev və Eyvaz Hüseynov, o cümlədən Ağcabədi və Füzuli rayon icra hakimiyyətlərinin və rayon ictimaiyyətinin nümayəndələri ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür. Ən əsası ordunun döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi və ordu ilə xalqın monolit birliyi mövcuddur. Xalq öz ordusuna inanır və ona güvənir.

Çıxış edənlər xidməti başa vuran hərbi qulluqçulara Vətənə şərəflə xidmət etdikləri üçün təşəkkür edərək, ölkəmiz naminə layiqli vətəndaş olmağı, gənc əsgərlərə isə Silahlı

Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazmağı, xalqımıza qələbə sevincini yaşatmağı arzulayıblar.

Şəhid atası Cəbrayıl Məmmədovun çıxışı maraqla qarşılanıb və dinləyənləri təsirləndirib. O, əminliklə bildirib ki, şəhidlərimizin qisası tezliklə alınacaqdır.

Tədbirdə hərbi xidməti başa vurmuş əsgər Zahid Şirinov silah və dəbilqəsini gənc əsgər Orxan Məmmədova əmanət edib.

Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Beyləqan, Ağcabədi, Xocavənd və Füzuli rayonları icra hakimiyyəti rəhbərliyi və yerli əhali adından minnətdarlıq əlaməti olaraq hədiyyələr, hərbi hissə komandanlığının fəxri fərman, təşəkkür və valideynlərə minnətdarlıq məktubları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti