...

ARDNŞ Neft Emalı Zavodunda 300 işçinin ixtisar olunacağı xəbərinə aydınlıq gətirib

Cəmiyyət Materials 2 Oktyabr 2014 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda 300 nəfərədək işçiyə ixtisar olunacaqları ilə bağlı xəbərdarlıq göndərildiyini yazıb.

Məsələ ilə bağlı isə Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Trend-ə bildirib ki, Bakı Neft Emalı Zavodunda 300-ə yaxın işçinin işdən çıxarılacağı ilə bağlı yayılan məlumat düzgün deyil.

O, qeyd edib ki, bu günədək bir nəfər də işdən çıxarılmayıb.

Bildirişlərin verilməsinə gəlincə, N.Quliyev deyib ki, işçilərə bildirişlər verilib, amma qeyd olunduğu kimi bu bildirişlər 300 nəfər işçini əhatə etməyib: "Bildiriş verilən işçilərin sayı bu rəqəmdən xeyli az olub. Bildirişin verilməsi isə insanların işdən çıxarılması demək deyil. Bildirişin verilməsi o deməkdir ki, həmin ştatlar ixtisara düşür. Amma işçilər başqa yerlərdə, həmin zavodun başqa sexlərində işlə təmin edilirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti