...

İstirahət günü Azərbaycanda hava necə olacaq?

Cəmiyyət Materials 4 Oktyabr 2014 13:01 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraitinin olacağı proqnozlaşdırılır.
İstirahət günü Azərbaycanda hava necə olacaq?

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraitinin olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir. Mülayim şimal əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabr 5-də bölgələrdə də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti