...

Bakı qəsəbələri arasında yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 14 Oktyabr 2014 10:47 (UTC +04:00)
Bakı qəsəbələri arasında yolda hərəkət məhdudlaşdırılacaq.
Bakı qəsəbələri arasında yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı qəsəbələri arasında yolda hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC-dən bildiriblər ki, bu gün saat 11:00-dan etibarən Mərdəkan yol qovşağından Zaqulba-İqamətgah dairəsinə qədər yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Bu məqsədilə Mərdəkan yol qovşağından Zaqulba-İqamətgah dairəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti