...

Bakıda 14 sürücü avtoxuliqanlığa görə saxlanılıb

Cəmiyyət Materials 14 Oktyabr 2014 11:14 (UTC +04:00)
Oktyabrın 4-dən 11-dək bir həftə ərzində paytaxtın inzibati ərazisində 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 4 nəfər ölüb, 43 nəfər xəsarət alıb.
Bakıda 14 sürücü avtoxuliqanlığa görə saxlanılıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 4-dən 11-dək bir həftə ərzində paytaxtın inzibati ərazisində 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 4 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, həftə ərzində avtomobili sərxoş halda idarə edərkən 219, qəza şəraiti yaradan 60, işıqforun qırmızı işığında hərəkət edən 248, ötmə və manevretmə qaydalarını pozan 226, sürət həddini aşan 6, yolayrıcı keçmə qaydalarını pozan 4034, sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 68 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb ediliblər.

Həftə ərzində polisin qanuni əmrinə tabe olmayan 73 və avtoxuliqanlıq edən 14 sürücü qeydə alınıb.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozan 1868 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti