Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda turistlərin ölkənin daha çox hansı ərazilərinə səfər etdikləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə üzrə xidmət göstərilən şəxslərin əsas hissəsi (80,2 faizi) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 34,6 faizi istirahət və əyləncə, 48,1 faizi işgüzar, 10,2 faizi müalicə, 7,1 faizi digər turizm məqsədilə səfər edib.
Bakı şəhəri, Naxçıvan Muxrar Respublikasına, Naftalan, Xaçmaz, Lənkəran, Gəncə, Şəki, Quba, İsmayıllı və Masallı şəhər və rayonlarına istirahət etmək məqsədilə səfər edən turistlərin sayı digər rayon və şəhərlərlə müqayisədə daha çox olub.
Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 52,7 faizini Bakı şəhərinin sakinləri təşkil edib.