...

Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2014 13:34 (UTC +04:00)
Azərbaycan Nyu-York Assosiasiyası Müstəqillik Gününü qeyd edib.
Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Nyu-York Assosiasiyası Müstəqillik Gününü qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü Nyu-Yorkda təntənəli şəkildə qeyd olunub. Azərbaycan Nyu-york Assosiasiyası tərəfindən şəhərin Uoall Strit səmtindəki "Boylinq grin" parkında təşkil edilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulunun köməkçisi Reyhan Özgür, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edib.

ABŞ və Azərbaycan himnlərinin səsləndirilməsindən sonra üçrəngli bayrağımız dövlət himninin sədaları altında qülləyə qaldırılıb.

Assosiasiyanın sədri Ercan Yerdenli öz çıxışında hər il olduğu kimi bu il də "Boylinq grin" parkındakı bayraq dirəyinə Azərbaycan bayrağının sancılmasından qürur hissi duyduğunu bildirib, bayrağımızın Amerikanın ən güclü iqtisadi mərkəzində dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunu qeyd edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev öz çıxışında Azərbaycan diasporunun gələcək nəsillərinin də üçrəngli bayrağımızı bu meydanda dalğalandıracağına ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti