...

Gəncə şəhərində keçidin açılışı olub (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 20:04 (UTC +04:00)
Bu gün Gəncənin hər bir sakini ürəkdən sevinir, yaşlılar da, məktəblilər də, hətta çiçək ətirli körpə fidanlar da. Onların hər birinin xoşbəxt həyat tərzi, xoş güzaranı, parlaq gələcəyi üçün hərtərəfli diqqət və qayğı göstərilir, rahatlığı təmin olunur, arzu və istəkləri yerinə yetirilir.
Gəncə şəhərində keçidin açılışı olub (FOTO)

Bu gün Gəncənin hər bir sakini ürəkdən sevinir, yaşlılar da, məktəblilər də, hətta çiçək ətirli körpə fidanlar da. Onların hər birinin xoşbəxt həyat tərzi, xoş güzaranı, parlaq gələcəyi üçün hərtərəfli diqqət və qayğı göstərilir, rahatlığı təmin olunur, arzu və istəkləri yerinə yetirilir.

Ölkə Prezdenti cənab İlham Əliyevin oktyabrın 18-də Gəncə şəhərinə tarixi səfərinin qürurlu, fərəhli təəssüratlarını yaşayan gəncəlilər daha bir töhfə ilə sevindilər. Bu gün Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısındakı keçidin açılış mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev ölkə başcısı cənab İlham Əliyevin bütün vətəndaşlara, o cümlədən Gəncəyə və gəncəlilərə böyük qayğısından, oktyabr ayının 18-də cənab İlham Əliyevin Gəncəyə 13-cü səfər çərçivəsində yeni, mühüm sosial-mədəni obyektlərin açılış və təməlqoyma mərasimlərində iştrakından, şəhər sakinlərinin firavanlığının və rahatlığının təmin olunmasından, son illər qazanılan uğurlardan söhbət açıb. Bildirib ki, bu yaxınlarda müasir standartlara uyğun təmir edilən, görkəmli xanım şairə Məhsəti Gəncəvinin adını daşıyan keçid istifadəyə verildi. Bu gün isə görkəmli şair, tanınmış maarifçi M.Ş.Vazeh adına keçidin açılışıdır.

İcra başçısı keçidin açılışı münasibətilə bütün gəncəliləri təbrik etdi və qırmızı lenti kəsdi.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, dosent Yusif Yusifəliyev, məhəllə sakini Fazil Nağıyev, tələbə Təranə Hüseynova və başqaları onlara göstərilən qayğıya görə ölkə Prezdenti cənab İlham Əliyevə və şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti