...

Azərbaycanda 11 milyon manata yaxın kreditin mənimsənilməsi faktı ilə bağlı daha bir açıqlama

Cəmiyyət Materials 29 Oktyabr 2014 16:44 (UTC +04:00)
Oktyabrın 28-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.
Azərbaycanda 11 milyon manata yaxın kreditin mənimsənilməsi faktı ilə bağlı daha bir açıqlama

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Oktyabrın 28-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarına verilmiş 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.

Trend Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata istinadən xəbər verir ki, araşdırmaların ilkin mərhələsində müəyyən edilib ki, "DəmirBank" ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir və fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti