...

Gəncədə şagirdlərin I forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2014 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Gəncə Numayəndəliyinin və Turan İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şagird Məktəb Parlamenti 2013-2014-cü il tədris ilinin hesabat iclası, eyni zamanda Gəncə şagirdlərinin I forumu təşkil olunub.

Forumda Gəncənin 20 orta məktəbindən 250 nəfər şagird iştirak edib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Təhsil İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanındaBilik Fondunun Gəncə Numayəndəliyinin, Azərbaycan Millli Elimlər Akademiyasının Gəncə bölməsinin, Turan İnkişaf Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Parlamentin hesabat dövründə gördüyü işlər haqda Turan İnkişaf Mərkəzinin rəhbəri Teymur Əliyevin hesabatı dinlənilib. Daha sonra çıxış edən natiqlər, ölkədə, o cümlədən Gəncədə şəgirdlərə yaradılan şəraitdən, onların inkişafına olan dəstəkdən söz açıblar.

Ümumulikdə Şagird Parlamentini yaratmaqda əsas məqsəd şagirdlərinin dövlətçilik ruhunda yetişdirilməsi, məktəb dövründən ictimai işlərdə fəallıqlarının və təhsilimizin inkişafında şagirdlərin rolunun artırılmasıdır.
Forumda Azərbaycan-Slavyan Gənclər Asasosiyasının Rusiya Nümayəndəliyinin təbrik məktubu da oxunub. Təbrikdə şagirdlərin Rusiya Federasiyasında "Qış məktəbi"nə dəvəti də vurğulanıb.

Tədbirin yekununda şagirdlər Cənab Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevə onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti