...

Azərbaycanın ali məktəbləri üçün əvəzsiz yardım

Cəmiyyət Materials 3 Noyabr 2014 15:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yeni bir formatda “Universitet qrantı” müsabiqəsini elan edib.
Azərbaycanın ali məktəbləri üçün əvəzsiz yardım

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yeni bir formatda "Universitet qrantı" müsabiqəsini elan edib. Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədi ilə elan olunub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin həcmi 910 min manat nəzərdə tutulub.

Müsabiqə üzrə ekspertizanın nəticələri əsas götürülməklə ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından təqdim olunmuş layihələr maliyyələşdiriləcək. Bu ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya texniki/elmi ekspertiza mərhələsindən keçmədikdə, digər ali təhsil müəssisələrindən müsabiqəyə daxil olmuş layihələrin müsabiqənin ümumi büdcəsi və şərtləri daxilində maliyyələşdirilməsi də nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu noyabrın 3-dən dekabrın 3-ü saat 17:00-a qədər qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının (ali təhsil müəssisələrində səyyar seminarlar daxil olmaqla) keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti