...

Bakı məktəbliləri Gəncədə sevinclə qarşılandılar (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2014 12:48 (UTC +04:00)
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Bakı şəhərindən olan iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış "Zəfər Tağı"nın qarşısında mehribanlıqla qarşılandılar.
Bakı məktəbliləri Gəncədə sevinclə qarşılandılar (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /trend/

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının Bakı şəhərindən olan iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış "Zəfər Tağı"nın qarşısında mehribanlıqla qarşılandılar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva məktəblilərə Gəncə haqqında, eləcə də tur-aksiya müddətində ekskursiya ediləcək yerlər haqqında ətraflı məlumat verdikdən sonra Gəncə ilə ilk tanışlıq möhtəşəm Heydər Əliyev Mərkəzində davam etdirildi.

Bildirildi ki, burada fəaliyyət göstərən Heydər Əliyev muzeyi Ulu Öndərin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirir. Muzeydə bələdçilər tərəfindən dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri ilə yanaşı, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat verildi. Daha sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə yaxından tanış olan aksiya iştirakçıları, orada fəaliyyət göstərən dərnəklərə maraqla baxdılar.

Mərkəzlə yaxından tanış olan məktəblilər burada xatirə şəkli çəkdirdikdən sonra Heydər Əliyev parkının ərazisini gəzdilər.

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Pirallahı və Xətai rayon məktəbliləri Gəncə ilə tanışlığın ikinci günündə, şəhərin tarix-mədəniyyət abidələri, görməli yerlərində olublar.

Bakının Pirallahı və Xətai rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Gəncə ilə tanışlığa qala arxeologiya və etnoqrafiya muzeyindən başlayıblar. Şagirdlərə Gəncənin tarixi barədə ətraflı məlumatlar verilib.

Qeyd olunan marşrut üzrə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edən şagirdlər burada şairin əlyazmalarına, eləcə də həmin dövrün eksponatlarına baxıblar. Nizami muzeyinə ekskursiya edən şagirdlər buradan xoş təəssüratlrla ayrılıblar.

Sonra şəhər mərkəzinə gələn məktəblilər Şah Abbas məscidini ziyarət etdilər. Onlar, həmçinin xalq qəhrəmanı Cavad xanın türbəsində oldular.

Pirallahı və Xətai rayon məktəbliləri "Xan bağı" nda bir neçə saat dincələrək, həmyaşıdları ilə söhbət etdilər və özlərinə dostlar qazandılar.

Bu gün Pirallahı və Xətai rayon məktəbliləri Şəmkir və Göygölə ekskursiya edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti