...

Azərbaycanda insanın qocalmasını öyrənən xüsusi mərkəz yaradılacaq

Cəmiyyət Materials 14 Noyabr 2014 10:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə insanın qocalmasını və ona qarşı mübarizə metodunu öyrənən xüsusi qurum - Respublika Herontoloji Mərkəzi yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)" layihəsində qeyd edilib.

Layihəyə görə, respublikanın şəhər və rayonlarının müalicə-profilaktika müəssisələrində herontoloji kabinetlər şəbəkəsi yaradılacaq.

Bununla yanaşı, əhali sakinliyi və demoqrafiya sahəsində milli kadr potensialının inkişafı məqsədi ilə müvafiq ali təhsil müəssisələrində demoqrafiya kafedrasının təsis edilməsi nəzərdə tutulur.

Ölkədəki aidiyyatı ali təhsil müəssisələrində demoqrafiya fənni üzrə müvafiq tədris proqramları hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti