...

Gəncəlilər rifah və quruculuq naminə səs verəcəklər (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 16:11 (UTC +04:00)
Məlum olduğu kimi, 23 dekabr 2014-cü ildə ölkəmizdə bələdiyyələrə seçkilər keçiriləcək. Artıq 1 dekabr 2014-cü ildən bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası başlanıb.
Gəncəlilər rifah və quruculuq naminə səs verəcəklər (FOTO)

Məlum olduğu kimi, 23 dekabr 2014-cü ildə ölkəmizdə bələdiyyələrə seçkilər keçiriləcək. Artıq 1 dekabr 2014-cü ildən bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası başlanıb. YAP Gəncə şəhər Təşkilatının Seçki Qərargahında təbliğat- təşviqat işləri ilə bağlı tərtib olunmuş təqvim planına uyğun olaraq, 3 dekabr 2014- cü il tarixdə təbliğatçıların seçicilərlə görüşü keçirilib.

Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Xanlar Fətiyev, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, "Səs" İnformasiya Agentliyinin baş direktoru, fəlsəfə elmləri doktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev , Seçki Qərargahının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri müşahidəçilər, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, bu günlərdə yaradılmasının 22-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 600 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir.

Natiq vurğuladı ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə yüksək fazilə qalib gəlmək əzmindədir və iqtidar partiyası həm də , bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür.

YAP Gəncə şəhər Təşkilatında Mərkəzi Aparatın fəaliyyət proqramına, tövsiyə və tapşırıqlarına uyğun olaraq, partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş namizədlərin sənədləri müəyyən olunmuş vaxtda hazırlanaraq, seçki dairələrinə təqdim edilib. 43 namizədin hər biri qeydiyyata alınıb. YAP Gəncə şəhər Təşkilatı bu tərkibin uğur qazanacağına inanır. Cünki
Gəncə şəhərinin sakinləri hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilib. Odur ki, bu dəfəki seçkilərdə də vətəndaşlarımızın Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərinə inanırıq.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bələdiyyə üzvlüyünə namizədləri təbrik etdi və onlara qarşıdan gələn seçkilərdə uğurlar arzuladı.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, "Səs" İnformasiya Agentliyinin baş direktoru, fəlsəfə elmləri doktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə çıxış edərək, bildirdilər ki, ötən müddət ərzində müstəqil Azərbaycanda həyata keçirilən irimiqyaslı siyasi-hüquqi islahatlar sırasında yerli özünüidarəetmə orqanlarının formalaşması xüsusi onəm kəsb edib.

Təbliğat qrupunun üzvləri öz çıxışlarında vurğuladılar ki, bələdiyyələrin beşillik fəaliyyəti əhalinin etimadını qazanıb, bu da növbəti seçkilərdə bələdiyyə üzvlərinin seçilməsində ən vacib amildir. Yeni Azərbaycan Partiyasından Gəncə şəhər Nizami , Kəpəz və Hacıkənd bələdiyyələri üzvlüyünə namizədlərin əsas məqsədi ötən bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də seçkilərdə qalib gəlmək, şəhərimizin tərəqqisi, onun sosial-iqtisadi yüksəlişi, əhalinin rifahı naminə əzmkarlıqla çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir. .

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbiri yekunlaşdıraraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti