Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Böyük Britaniyanın "City" Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan günü" keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü açan cəmiyyətin sədri Azər Əsgərov qurumun fəaliyyəti və gələcək planları haqqında danışıb. Azərbaycanın tarixi mədəniyyəti və strateji mövqeyi haqqqında məlumat verən A.Əsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək "1-ci Avropa Oyunları"nın əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində, paytaxt Bakının köhnə və müasir gözəlliklərini əks etdirən videoçarx nümayiş etdirilmiş, həmçinin foto sərgi təşkil edilib.
Tədbirdə basqa ölkələrdə Azərbaycan cəmiyyətlərindən, Latviya - Azərbaycan cəmiyyətinin sədri Kamal Huseynov daxil olmaqla başqa tələbələr də iştirak ediblər.