...

Nəcməddin Sadıkov Baş Klinik Hospitaldakı vəziyyətlə maraqlanıb

Cəmiyyət Materials 11 Dekabr 2014 16:47 (UTC +04:00)
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hospitalda olub.
Nəcməddin Sadıkov Baş Klinik Hospitaldakı vəziyyətlə maraqlanıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hospitalda olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.

General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti