...

Pensiyaçılar Elman Mehdiyevdən nə istədilər?

Cəmiyyət Materials 17 Dekabr 2014 14:13 (UTC +04:00)
Vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.
Pensiyaçılar Elman Mehdiyevdən nə istədilər?

Azərbaycan, Bakı, 17 dekabr

Vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib. Ayrı-ayrı bölgə sakinlərinin yerlərdə qəbul edilməsi, onların müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev dekabrın 17-də DSMF-nin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Fondun məsul əməkdaşlarının, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edən vətəndaşlar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti