...

Qonaqpərvərlik sənayesində informasiya texnologiyaları

Cəmiyyət Materials 17 Dekabr 2014 17:45 (UTC +04:00)
Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə 16 dekabr 2014-cü il tarixində "Four Seasons Baku" hotelində “Qonaqpərvərlikdə İnformasiya Texnologiyaları” adlı seminar keçirilmişdir.
Qonaqpərvərlik sənayesində informasiya texnologiyaları

Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə 16 dekabr 2014-cü il tarixində "Four Seasons Baku" hotelində "Qonaqpərvərlikdə İnformasiya Texnologiyaları" adlı seminar keçirilmişdir.

Tədbir B2B formatında keçirilərək qonaqpərvərlik sənayesində istifadə edilən bir sıra proqram təminatı məhsulları, avandanlıq və həllər haqqında geniş auditoriyaya məlumat çatdırmışdır.

Tədbiri Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi açaraq qeyd etmişdir ki, seminar qonaqpərvərlik sənayesində istifadə edilən informasiya texnologiyalarına aid ən vacib sualların müzakirəsi üçün platforma yaradır, rəqəbətli bazarın tələblərinin qarşılanması üçün İT məhsulların və həllərin istifadəsini müzakirəyə çıxarır, eyni zamanda, bu sahədə çalışan qabaqcıl şirkətlərin təcrübəsinin qonaqpərvərlik sənayesi müəsissələrilə bölüşməyə imkan yaradır.

Sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Qadir Seyidov çıxış edərək Elektron Hökumət Portalı layihəsi haqqında iştirakçılara geniş məlumat vermiş, dövlətin yüksək texnologiyalar sahəsinə verdiyi önəm və bu sahədə əldə edilən nailiyyətlər haqqında danışmışdır.

Mövzu ətrafında aparılan diskussiyalar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin qeydiyyatı prosesinin hotellərdə asanlaşdırması və bəzi əməliyyatların avtomatlaşdırılmasının imkanı Assosiasiya tərəfindən müzakirəyə çıxarılmış və E-gov layihəsinə inteqrasiya edilməsi haqqında təklif verilmişdir. Qərara alınmışdır ki, bu məsələyə dair müzakirələr davam ediləcək və Assosiasiya tərəfindən təkliflər müvafiq qurumlara təqdim ediləcəklər.

Seminarın işi davam edərək "Microsoft" şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyevin "Qonaqpərvərlik sənayesində Bulud həllər" mövzusunda çıxışı ilə davam etdi. Məruzəçi eyni zamanda "Microsoft" şirkətinin məhsullarının lisenziyaları haqqında məlumat verdi və bunun üstünlükləri, müştərilərin əldə etdikləri faydalardan danışdı.

Tədbir zamanı "NovaNet" şirkətinin hotellər, restoranlar və fitnes mərkəzləri üçün təklif edilən proqram məhsullarının prezentasiyası keçirildi (http://novadotnet.com/en/).

Seminarın ikinci hissəsi i-Tech (www.itech.az), Tripp-Lite (www.tripplite.com) şirkətlərinin və Yüksək Texnologiyalar Parkının (www.hightech.az) nümayəndələrinin çıxışları ilə müşaidə edildi. Şirkət nümayəndələri qonaqpərvərlik sənayesində istifadə edilən müxtəlif avadanlıq, şəbəkə imkanları, periferik alətlər haqqında məlumat verdilər. Yüksək Texnologiyalar Parkının nümayəndəsi Azərbaycanda ilk dəfə yaranan parkın imkanlarını və məqsədlərini açıqladı.

Hotellər və Restoranlar Assosiasiyası tədbirin baş sponsorları Microsoft Azərbaycan, HP və NovaNet şirkətlərinə, o cümlədən təşkilatı dəstəyə görə "Four Seasons" hotelinə, tədbirin partnyorları i-Tech, Tripplite, Mainland Software, Print Art, Azərbaycan Sahibkarlar Konfederasiyası və həmin qurumların rəhbərlərinə assosiasiyanın təşəbbüsünü dəsdəklədiklərinə görə dərin minnətdarlığını bildirir.

Assosiasiyanın mətbuat xidmətindən bildiriblər ki, seminar təşkilatın "Hospitality - B2B" laihəsi çərçivəsində keçirdiyi növbəti tədbirdir. Bu layihə qonaqpərvərlik sənayesində istifadə edilən müxtəlif məhsulların, avadanlığın, xidmətlərin istehsalçıları və distribüterləri üçün hotellər və restoranlar nümayəndələri ilə işgüzar əlaqələrin yaradılması məqsədilə həyata keçirilir.

Assosiasiyanın rəhbərliyi ümid edir ki, ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümayiş etdirərək, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Tədbirlərin təqvimi və digər detalları assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups) vasitəsilə yayılmaqdadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti