...

Bölgələrdə Tibbi-Sosial Ekspert Komissiyasının yeni binaları istifadəyə verildi (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2014 15:12 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunması işləri davam etdirilir.
Bölgələrdə Tibbi-Sosial Ekspert Komissiyasının yeni binaları istifadəyə verildi (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunması işləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-in Goranboy, Samux rayonları və Naftalan şəhəri üzrə 24 saylı, Göygöl və Daşkəsən rayonları üzrə 26 saylı TSEK-ləri üçün yeni inzibati binaların istifadəyə verilməsi tədbirlərində bildirib: "Son yarım il ərzində ƏƏSMN-in artıq 14 bölgə üzrə TSEK-ləri müasir iş şəraiti olan yeni inzibati binalar və tibbi-sosial ekspertiza üçün lazımi avadanlıqlarla təmin ediliblər".

Nazir müavini bildirib ki, qeyd olunan 14 TSEK ümumilikdə 25 rayonun əhalisinə tibbi-sosial ekspertiza xidməti göstərir. Bu komissiyaların iş şəraitinin müasir tələblərə uyğun qurulması da əməkdaşların normal əmək fəaliyyətində işləməsi ilə yanaşı, həmin rayonların əhalisinə daha keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Qısa müddətdə nazirliyin bütün bölgələr üzrə TSEK-lərində belə şəraitin yaradılması təmin olunacaq. Bununla yanaşı, əlillik təyinatı prosesinin yeni elektron sistem üzərində avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş münasibətlərinin minimallaşmasında, şəffaflığın təminatında mühüm rol oynayacaq.

Tədbirlər zamanı qeyd olunan TSEK-lərin əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitə, yeni avadanlıqlara baxış olub. Habelə Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazasına müvafiq məlumatların daxil edilməsi sahəsində TSEK-lərin gördüyü işlər nəzərdən keçirilib.

TSEK-lərin kollektivlərinə yaradılan belə müasir iş şəraiti müqabilində əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi, vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılması barədə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti