...

Azərbaycanda nikah bağlamaq istəyən şəxslərin nəzərinə

Cəmiyyət Materials 1 Yanvar 2015 17:00 (UTC +04:00)
Bu gündən başlayaraq, Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış da təqdim etməlidirlər.
Azərbaycanda nikah bağlamaq istəyən şəxslərin nəzərinə

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən başlayaraq, Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış da təqdim etməlidirlər.

Trend-in məlumatına görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Yalnız bu müayinələrdən sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Müayinənin nəticələri həkim sirridir.

Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti