...

Elmin İnkişafı Fondu növbəti müsabiqə elan etdi

Cəmiyyət Materials 30 Dekabr 2014 11:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün əsas qrant müsabiqəsini elan edib.
Elmin İnkişafı Fondu növbəti müsabiqə elan etdi

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün əsas qrant müsabiqəsini elan edib.

Fonun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 4 200 000 manatdır.

Müsabiqə zamanı kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyyə həcmli (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat) maliyyə həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat) maliyyə həcmli qrantların verilməsi nəzərdə tutulur.

Beynəlxalq layihələrə, həmçinin gənc alimlərin iştirak etdiyi, regionlardan təqdim olunmuş layihələrə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 27-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti