Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakıda 3 nəfər xəsarət alıb.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, bu gün paytaxtda yolların buz bağlaması nəticəsində 3 nəfər sürüşərək yıxılıb və xəsarət alıb.
Həmin şəxslər ətraflarının sınıqları diaqnozu ilə xəstəxanaların travmatologiya şöbələrinə yerləşdirilib.