...

Coca-Cola Azərbaycandakı bəzi məhsulların qiymətini yanvarın sonundan qaldırır

Cəmiyyət Materials 13 Yanvar 2015 12:08 (UTC +04:00)
“Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.
Coca-Cola Azərbaycandakı bəzi məhsulların qiymətini yanvarın sonundan qaldırır

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Azərbaycan Coca-Cola Bottlers" MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-dən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarımızda satış qiyməti artırılacaqdır.

Qiymətlər mərhələli şəkildə:

0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti