...

Malların saxlanma şəraitinə diqqət edin!

Cəmiyyət Materials 14 Yanvar 2015 11:21 (UTC +04:00)
Fəslin dəyişməsi ilə əlaqədar olaraq, ərzaq məhsullarının saxlanılma və satış qaydaları da istər-istəməz dəyişir.
Malların saxlanma şəraitinə diqqət edin!

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Fəslin dəyişməsi ilə əlaqədar olaraq, ərzaq məhsullarının saxlanılma və satış qaydaları da istər-istəməz dəyişir. Belə ki, yay aylarında bir çox yerlərdə açıq və yarıörtülü halda ticarət obyektləri fəaliyyət göstərsə də, havaların soyuması ilə qapalı yerlər (market və ticarət mərkəzləri) "ticarət məkanı"na çevrilir.

"Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə deyibb ki, səliqə sahmanı ilə seçilən bu marketlərdə ərzaq malları heç də eyni şəraitdə saxlanılmır: "Hamımıza məlumdur ki, yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə birbaşa təsir göstərən əsas amillərdən biri də onların tələb olunan tempraturda saxlanılması, qablaşdırılması, vitrinlərdə düzgün yerləşdirilməsidir. Apardığımız müşahidələr zamanı, bəzi mağazalarda qida məhsullarını, xüsusilə un məmulatlarından hazırlanmış ərzaq məhsullarını üstü açıq formada, gediş-gəliş yerlərinə yaxın hissələrə düzülmüş halda görürük. Bəzən isə vitrinə düzülməyən ərzaq malları mağazanın arxa tərəfində "anbarda" açıq şəkildə saxlayırlar. Şübhəsiz ki, mövsümə uyğun olaraq, hər bir məhsulun saxlanılma şərtləri də dəyişir. Bu şərtlərə, xüsusilə temperatur rejiminə əməl edilməməsi malların normativ-texniki sənədlərdə göstərilən yararlılıq və saxlanma müddətindən daha tez sıradan çıxmasına səbəb ola bilir ki, bu da istehlakçıların həyatı və sağlamlığı üçün ciddi təhlükə törədə bilər. Bu səbəbdən, temperatur rejiminə əməl edilməsi malların keyfiyyət və təhlükəsizliyi baxımından zəruridir.

Qanunda deyildiyi kimi, məhsulların hansı temperatur rejimində saxlanmasına olan tələblər istehsalçı tərəfindən onun etiketində və ya ona əlavə edilmiş yarlıqda qeyd olunmalıdır. Satıcı və ya icraçı xammalın, köməkçi materialların və hazır məhsulların anbarda və ya xidmət zalında həmin temperatur rejimində saxlanmasini təmin etməlidir. Odur ki, istehlakçıların bu məsələyə - malların saxlanmasına xüsusi diqqət yetirmələri vacibdir.
Necə deyərlər, sağlamlığımız öz əlimizdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti