...

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni mexanizmlə aparılacaq

Cəmiyyət Materials 20 Yanvar 2015 11:38 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə yeni mexanizmlə aparılacaq.
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni mexanizmlə aparılacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə yeni mexanizmlə aparılacaq. Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmi tətbiq ediləcək. Mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmi hazırlanaraq təsdiq ediləcək. Bu tədbir 2015-2016-cı illərdə Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək.

2016-cı ildən başlayaraq mütəmadi təhsil sistemində kadr hazırlığı üzrə dövlət sifarişinin formalaşdırılmasına dair yeni mexanizm tətbiq olunacaq.

2015-2016-cı illərdə Nazirlər Kabineti ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq, prioritet sahələr üzrə kadr hazırlığını əhatə edən dövlət sifarişinin formalaşdırılmasının yeni mexanizmini hazırlayaraq təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti