...

Azərbaycanda şagirdlər üçün yeni imkan

Cəmiyyət Materials 21 Yanvar 2015 16:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.
Azərbaycanda şagirdlər üçün yeni imkan

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test - Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.

Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri "College Board" təşkilatına məxsusdur.

TQDK 2014-cü ildə SAT imtahanı keçirmək səlahiyyəti əldə edib.

İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib.

TQDK tərəfindən növbəti SAT imtahanının mayın 2-də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti