...

Hərbçilər Heydər Əliyev irsini öyrənirlər (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2015 17:38 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Maddi-Texniki Təminat Baş İdarəsində yanvarın 28-də "Heydər Əliyev irsini öyrənirik" mövzusunda nümunəvi məşğələ keçirilib.
Hərbçilər Heydər Əliyev irsini öyrənirlər (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Maddi-Texniki Təminat Baş İdarəsində yanvarın 28-də "Heydər Əliyev irsini öyrənirik" mövzusunda nümunəvi məşğələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, məşğələnin açılışında çıxış edən İdarənin zabiti polkovnik İslam Gəncəliyev bildirib ki, müdafiə nazirinin müavini general-mayor Qorxmaz Qarayevin müvafiq əmri ilə qurumun tabeliyindəki hərbi hissə və bölmələrdə Azərbaycan xalqının ümummilli liderinin siyasi fəaliyyətini, onun mənalı ömür yolunu şəxsi heyətə geniş təbliğ etmək məqsədilə "Heydər Əliyev irsini öyrənirik" mövzusunda ictimai-siyasi məşğələlər təşkil edilir: "Əlbəttə, bu məşğələlərin keçirilməsində əsas məqsəd ulu öndərin Vətənimiz qarşısında misilsiz xidmətlərini hərbi qulluqçularımıza təbliğ etmək, onun siyasi irsini dərindən öyrənməkdir".

İ.Gəncəliyev müasir Azərbaycan dövlətçiliyinin yaradılmasında və Ordumuzun formalaşmasında ümummilli liderin tarixi xidmətlərindən danışaraq dahi şəxsiyyətin mənalı ömür yolunun Silahlı Qüvvələrin şəxsi heyəti üçün ən layiqli örnək olduğunu vurğulayıb.

Sonda dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti