...

Azərbaycan və İran Xəzərdə birgə tədqiqatların aparılması məsələsini müzakirə ediblər

Cəmiyyət Materials 10 Fevral 2015 16:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İranın Xarici İşlər Nazirliyi ilə Xəzər dənizində birgə tədqiqatların aparılması, palçıq vulkanlarının müştərək araşdırılması məsələsini müzakirə edib.
Azərbaycan və İran Xəzərdə birgə tədqiqatların aparılması məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İranın Xarici İşlər Nazirliyi ilə Xəzər dənizində birgə tədqiqatların aparılması, palçıq vulkanlarının müştərək araşdırılması məsələsini müzakirə edib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran XİN-in Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sonra Akademiyanın tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında məlumat verən akademik A.Əlizadə AMEA-da aparılan tədqiqatların istiqamətləri, o cümlədən son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi sahəsində görülən işlərdən danışıb.

H.Süleymanpur İranda elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və başqa bu kimi istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib. Qonaq, eyni zamanda, AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə İran İslam Respublikasına səfərə dəvət edib.

Sonra tələbə və doktorantların təcrübə mübadiləsi imkanları, Xəzər dənizində birgə bioloji və geoloji tədqiqatların aparılması və palçıq vulkanlarının müştərək araşdırılması istiqamətlərində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti