Səlim Müslümov Naxçıvan MR-da olub (FOTO)

Səlim Müslümov Naxçıvan MR-da olub (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Naxçıvan Muxtar Respublikasında olub. Həmin gün S.Müslümov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə V.Talıbov xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilən müstəqil Azərbaycanın uzunmüddətli tərəqqi strategiyasının Naxçıvan MR-də uğurla icra olunduğunu, həyatın bütün sahələrində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. V.Talıbov bildirib ki, bir neçə gün öncə, fevralın 9-da yaradılmasının 91 illik yubileyi qeyd edilən Naxçıvan MR iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişafa nail olub və makroiqtisadi sabitlik ilbəil qorunub saxlanılır. Son on ildə əhalinin gəlirlərində 10 dəfədən də çox artım qeydə alınıb. Eyni zamanda, son on ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55 dəfədən çox artıb, yoxsulluq səviyyəsi 35,1 faizdən 4,5 faizə enib.

Ali Məclisin sədri əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan islahatların Naxçıvan MR-də də yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. V.Talıbov bildirib ki, MR-də bütün işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin tam rəsmiləşdirilməsinə, bütün iş yerlərində, o cümlədən özəl müəssisələrdə işçi hüquqlarının təminatına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına dövlət nəzarətinin təmin edilməsi diqqətdə saxlanılır. Muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönələn tədbirlər davam etdirilir, işçi qüvvəsinin iqtisadiyyatın inkişafına, əmək bazarının tələblərinə uyğun keyfiyyətcə yüksəldilməsi, həmçinin sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər aparılır.

S.Müslümov blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan MR-in bütün sahələrdə əldə etdiyi tarixi nailiyyətlərin, beş min illik şəhər mədəniyyəti olan Naxçıvanın bugünkü dinamik inkişafının, burada aparılan davamlı və genişmiqyaslı tikinti-quruculuq işlərinin qürurverici olduğunu vurğulayıb. Nazir bildirib ki, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasi kursunun və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin Naxçıvan MR-da yüksək səviyyədə icrası muxtar respublikanın bu uğurlarını, onun hərtərəfli və sürətli tərəqqisini təmin edir: "Cənab Prezidentin Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, "bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir"".
S.Müslümov qeyd edib ki, muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli mühüm infrastruktur layihələrinin icrası, davamlı müasirləşmə, əksər ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi, ixrac potensialının genişlənməsi, sosial rifah halının daim yüksəlməsi, əhali sakinliyi və demoqrafik proseslərdə müsbət meyllərə malik olması onun mühüm inkişaf göstəriciləridir. Ümumən Azərbaycanın özünəməxsus inkişaf modelinə uyğun olaraq, Naxçıvan MR-də də mühüm iqtisadi nailiyyətlər eyni zamanda güclü sosial siyasətlə, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur: "Xüsusilə qeyd edilməlidir ki, bu gün Naxçıvan MR bütün sahələrdə, eyni zamanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların uğurla həyata keçirildiyi bir məkan kimi də diqqəti cəlb edir". Nazir son illərdə ölkədə əmək münasibətlərinin elktron müstəvidə şəffaflaşdırılması, sosial təminat və tibbi-sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan islahatların bu sahələrdə əhaliyə şəffaf və müasir iş mexanizmləri üzərində keyfiyyətli xidmətlər göstərilməsinə yönəldiyini bildirib.

Görüşdə Naxçıvan MR-də əmək və sosial müdafiə sahələrində görülən işlərə, aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.
Daha sonra S.Müslümov Naxçıvan MR-ə səfəri çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Müasir tələblər səviyyəsində tədris və xidmət şəraitinin mövcud olduğu Mərkəz Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə bilir. İkimərtəbəli mərkəzdə kompyuterlə təchiz olunmuş tədris otaqları, subtitrli filmlərin nümayiş olunduğu kinozal, audiostudiya, istirahət otağı, iclas zalı və s. fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları ilə internetə daxil olaraq informasiya əldə etmələri və informasiyanı Brayl printerləri ilə çap etmələri, həmçinin Brayl şriftli kitablardan ibarət guşədə xüsusu avadanlıqlarla hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmələri və s. üçün lazımi şərait vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində və Yevlax rayonunda da məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.

Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olan S.Müslümov nazirliyin fəaliyyəti, iş şəraiti ilə yaxından tanış olub. Nazirlik tərəfindən sosial müdafiə sisteminin təkmilləşdirilməsi, iş sahələrində şəffaflığın təmin olunması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi və digər sahələrdə görülən işlər müzakirə edilib.

Göygöldə tikili yanıb
Göygöldə tikili yanıb
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Cəbrayılda daha bir nəfər minaya düşdü
Loading Bars
Xəbər lenti
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Bütün xəbərlər