...

Bilik Fondu Dillər Universitetində görüş keçirib (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2015 15:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir.
Bilik Fondu Dillər Universitetində görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları Azərbaycan Dövlət Dillər Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşüblər.

Fonddan Trend-ə verilən məlumata görə, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev bildirib ki, Bilik Fondunun universitetlərlə sıx əlaqələr qurması təhsilin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkandır. Professor Dillər Universitetinin Bilik Fondu ilə uğurlu əməkdaşlıq edəcəyinə, tələbə və müəllimlərin Fondun layihələrinə cəlb olunacağına əminliyini bildirib.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, ziyalılar cəmiyyətin maarifləndirilməsində birgə və sistemli fəaliyyət göstərsələr, ölkənin tərəqqisində daha uğurlu nəticələr əldə etmək olar.

Fondun Könüllülər Birliyindən danışan O.Səmədov universitetin kollektivini könüllülərin sıralarına qoşulmağa çağırıb.

Görüşdə Bilik Fondunun fəaliyyətini geniş əks etdirən filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti