...

Onlar torpaqlarımızı işğaldan azad edəcəklərinə and içdilər (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2015 13:04 (UTC +04:00)
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Onlar torpaqlarımızı işğaldan azad edəcəklərinə and içdilər (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər.

Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət üçün konsert proqramı, əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti