...

Spirtli içkidən zəhərlənə bilərsiniz: külli miqdarda saxta içki aşkar edilib

Cəmiyyət Materials 17 Fevral 2015 16:36 (UTC +04:00)
Abşeron rayon sakininin avtomobilindən 218 ədəd saxta spirtli içki götürülüb.
Spirtli içkidən zəhərlənə bilərsiniz: külli miqdarda saxta içki aşkar edilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Abşeron rayon sakininin avtomobilindən 218 ədəd saxta spirtli içki götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Səbuhi Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılıb. Onun idarə etdiyi "Mitsubishi" markalı avtomaşından "Banketnaya", "İzbuşka" və "Ambarnaya" markalı 218 ədəd spirtli içki götürülüb.

Həmin spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və onların saxta olması müəyyən olunub.

Araşdırmalarla üzərinə saxta aksiz markaları vurulmuş həmin spirtli içkilərin Xırdalan şəhərində yaşayan Kəlbəcər rayon sakini Vidadi Cümşüdovdan alınması müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə sonuncu da saxlanılıb.

Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq şöbəsinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti