...

Polis bu şəxsi axtarır (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2015 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

12.01.1988-ci ildə Gəncə şəhərində anadan olmuş Əmirov Natiq Murad oğlu ötən il sentyabrın 30-da yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 83 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində qara gödəkçə və şalvar, boz köynək, ayağında qara rəngli ayaqqabı olub.

Natiq Əmirovu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti