...

Bakı sürücülərinin nəzərinə: bu yol bağlı olacaq

Cəmiyyət Materials 20 Fevral 2015 22:36 (UTC +04:00)
Bakı sürücüləri şənbə günü yolunu Heydər Əliyev prospektindən salmasınlar.
Bakı sürücülərinin nəzərinə: bu yol bağlı olacaq

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bakı sürücüləri şənbə günü yolunu Heydər Əliyev prospektindən salmasınlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralı 21-i səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

İşlərin başa çatması fevralın 22-i axşam saatlarında kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti