...

Azərbaycan sinoptiklərindən hava müjdəsi: temperatur yüksələcək, yağıntılar kəsəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Fevral 2015 13:03 (UTC +04:00)
Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq
Azərbaycan sinoptiklərindən hava müjdəsi: temperatur yüksələcək, yağıntılar kəsəcək (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:33-də yayılıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturue fevralın 23-nə keçən gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Məlumata görə, sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti