...

FHN-in Akademiyasında "Xocalıya ədalət!" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

25 fevral 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Xocalıya ədalət!" mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirmişdir. O, erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətlə yetirilməsində əli olan cinayətkarların öz layiqli cəzalarını alacaqlarına inandığını vurğulamışdır.

Tədbirdə qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Digər çıxış edənlər də erməni qəsbkarları tərəfindən törədilmiş və bəşəriyyət tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişlər.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Məhv edilmiş şəhər, Xocalı" filmi nümayiş olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti