...

Azərbaycanda hamı susdu

Cəmiyyət Materials 26 Fevral 2015 17:01 (UTC +04:00)
Bu gün saat 17:00-da bütün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda hamı susdu

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün saat 17:00-da bütün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Trend-in məlumatına görə, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti