Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Hazırda tarixi bir məqamın şahidi oluruq. Şübhəsiz ki, hər biriniz gimnastika idman növü üzrə tamamilə yeni formatı izləyirsiniz". Trend xəbər verir ki, bunu Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Gelzek Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının açılış mərasimində çıxış edərkən bildirib.
UEG prezidenti əlavə edib: "İnanıram ki, bu yarışlardan böyük zövq alacaqsınız. Hər bir tamaşaçının, o cümlədən hər bir gimnastın xoş anlar yaşayacağına ümid edirəm. Bütün idmançılara və yarışlarda iştirak edən bütün federasiyalara xoş həyəcanlı məqamlar və uğurlar arzulayıram".