...

Araşdırma: Ermənilərin təxminən yarısında türk qanı var

Cəmiyyət Materials 5 Mart 2015 10:20 (UTC +04:00)
Ermənistanda keçirilən genetik araşdırmanın nəticələrinə görə, ölkə əhalisinin 49%-də türk – Qıpçaq qanı olduğu məlum olub.
Araşdırma: Ermənilərin təxminən yarısında türk qanı var

Azərbaycan, Bakı, 5 mart /Trend/

Ermənistanda keçirilən genetik araşdırmanın nəticələrinə görə, ölkə əhalisinin 49%-də türk - Qıpçaq qanı olduğu məlum olub. Bu barədə Trend Türkiyənin "Haber7" telakanılna istinadən məlumat verir.

Telekanalın məlumatına görə, türk genetika araşdırmaçısı Osman Çataloluk tədqiqatların 2000-ci ildən bu günə qədər aparıldığını, lakin daha sonradan Ermənistan hökuməti tərəfindən dayandırıldığını qeyd edib.

O.Çataloluk bildirib ki, eyni zamanda, Türkiyənin Gaziantep, Sivas, Amasya və Tokat vilayətlərində aparılan genetik araşdırmalar da ermənilərdə türk - Qıpçaq geni olduğunu üzə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti