...

Bakıdakı işıqforların fazalarında işıqların yanma müddəti dəyişdirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 10:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Bakıdakı bəzi işıqforların fazalarında işıqların yanma müddəti dəyişdirilib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, NİİM paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədilə Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqfor fazalarında (faza - işıqfor işıqlarının yanma müddəti) dəyişiklik edib.

Bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb. Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə svetoforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.

Bundan başqa, işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti