...

Azərbaycanda hər 10 qadın 22 uşaq dünyaya gətirir

Cəmiyyət Materials 8 Mart 2015 08:00 (UTC +04:00)
2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib.
Azərbaycanda hər 10 qadın 22 uşaq dünyaya gətirir

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İlhamə İsabalayeva/

2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil etmişdir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti