Azərbaycan, Bakı, 9 mart /Trend/
Ağstafa rayonunun Dağkəsəmən kəndinə canavarlar hücum edib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yırtıcılar bu dəfə Ramiz Quşçuyevin atını parçalayıblar.
Xüsusən gecə saatlarında kənd ərazisində görünən yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər. Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir.
Qeyd edək ki, Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək iki uzunqulağı parçalamışdı.