...

Azərbaycanda yeni sənaye kompleksinin yaradılması təklif edilir

Cəmiyyət Materials 10 Mart 2015 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda akvakulturanın inkişafı üçün müasir tələblərə cavab verən biotexnoloji sənaye kompleksinin yaradılması təklif edilir. Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bu barədə AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclasında Fiziologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov bildirib.

Onun sözlərinə görə, son illər dünyada su hövzələrində bioresurslar, o cümlədən balıq ehtiyatları kəskin azalıb. Bunun əsas səbəbləri dəniz və okean suları və onlara tökülən çaylarda antropogen təsirin artması, bioresursların ovunun düzgün təşkil edilməməsi, qəbul edilən konvensiyalara əməl olunmaması, o cümlədən balıqların çoxalması və nəslin inkişafı üçün şəraitin olmamasıdır.

Zülal mənbələrindən biri olan balıq və balıq məhsullarının son illər ərzində kəskin azaldığını söyləyən R.Qasimov bu istiqamətdə alternativ yolların tapılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu yollardan ən səmərəlisi balıqların və sənaye əhəmiyyətli su canlılarının akvakultura şəraitində böyüdülməsidir: "Bu sahədə əhəmiyyətli işlər aparılır. Norveç, Danimarka, ABŞ, İsrail, Finlandiya, Kanada, Yaponiya və Çində akvakultura sahəsi həmin ölkələrin balıq və balıq məhsullarına tələbatının 10-25 faizini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti