...

Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu

Cəmiyyət Materials 14 Mart 2015 11:36 (UTC +04:00)
Azərbaycan xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üzrə Avropanın 6 baza ölkəsindən biri olub.
Azərbaycan Avropanın 6 baza ölkəsindən biri oldu

Azərbaycan, Bakı, 14 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üzrə Avropanın 6 baza ölkəsindən biri olub.

Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərcəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirilən və istehsal edən "Varian Medikal Sistems" şirkəti ilə birgə mərkəzdə təkmilləşdirmə bazası yaradılıb.

A.Kərimli bildirib ki, Azərbaycanda yaradılana qədər "Varian Medikal Sistems" şirkətinin təkmilləşdirmə bazası Avropanın 5 ölkəsində olub. Azərbaycan Avropada bu bazanın yarandığı 6-cı ölkə olub.

Baş onkoloqun sözlərinə görə, bu bazada həm xəstələrin müayinə və müalicəsi, həm də həkimlərin təkmilləşdirməsi həyata keçirilir. A.Kərimli bu işlərin müştərək şəkildə aparıldığını da nəzərə çatdırıb: "Əvvəllər bizim həkimlər ixtisasları üzrə daha da təkmilləşmək üçün başqa ölkələrə gediblər. Ancaq artıq başqa ölkələrin həkimləri təkmilləşdirmə kurslarında iştirak etməkdən ötrü Azərbaycana gələcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti