...

Azərbaycanda fevral ayında infilyasiyanın səviyyəsi açıqlandı

Cəmiyyət Materials 14 Mart 2015 12:10 (UTC +04:00)
İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb.
Azərbaycanda fevral ayında infilyasiyanın səviyyəsi açıqlandı

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Azad Həsənli/

İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti