...

Daşkəsən rayonunda Novruz bayramı münasibətilə möhtəşəm ümumxalq şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2015 17:12 (UTC +04:00)
Martın 17-də Daşkəsən şəhərində Heydər Əliyev mərkəzinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə möhtəşəm ümumxalq şənliyi təşkil olunmuşdur.
Daşkəsən rayonunda Novruz bayramı münasibətilə möhtəşəm ümumxalq şənliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Martın 17-də Daşkəsən şəhərində Heydər Əliyev mərkəzinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə möhtəşəm ümumxalq şənliyi təşkil olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin abidəsi önündə uşaqlar Ulu Öndərimizə, Vətənimizə həsr olunmuş şeirlər söyləmiş, milli geyimli qız Novruzun rəmzi olan səmənini tədbirə qatılan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə təqdim etmişdir.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev minlərlə rayon sakininin iştirak etdiyi toplantıda çıxış etmiş, mərasim iştirakçılarını bayram münasibəti ilə təbrik etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin Novruz bayramı haqqında "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir", - fikirlərini xatırladan Əhəd Abıyev qeyd etmişdir ki, Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirmişdir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində milli dəyərlərimiz həmişə uca tutulmuş, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilmişdir. Bu gün Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli dəyərlərimiz də beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə isə mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir.

Azərbaycanın son illər dinamik iqtisadi inkişafından, ordumuzun günü-gündən artan hərbi qüdrətindən, əhalinin ildən-ilə yüksələn sosial rifah halından, xarici siyasətdə qazanılan uğurlardan bəhs edən Əhəd Abıyev qeyd etmişdir ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən rayonu da son illərdə özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində cox hörmətli, möhtərəm Prezidentimizin birbaşa qayğısı sayəsində Daşkəsənin sosial, iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. Belə ki, ötən il rayonda geniş quruçuluq abadlıq işləri davam etdirilmiş, yeni inzibati binalar tikilmişdir. 200 qədər evin dam örtüyü müasir formada dəyişdirilmişdir.

Əhəd Abıyev daha sonra qeyd etmişdir ki, rayonda artıq su və kanalizasiya ilə bağlı iri miqyaslı lahiyəyə start verilmişdir. "Hər birimizin evində təmiz şəfaf su olmaqla həm də 300 nəfər yeni işlə təmin olunacaqdır. Dövlət tərəfindən bu lahiyənin həyata keçirilməsinə 30 milyon dollar vəsait ayrılıb. Bu xoş gündə onu da nəzərinizə çatdırmaq istəyirəm ki, cox yaxın günlərdə Çovdar qızıl zavodu istifadəyə veriləcəkdir. Bu zavodun işə düşməsi ölkəmizin iqtisadi həyatında mühüm hadisə olmaqla, biz Daşkəsənlilərin həyatına da öz töhfəsini verəcəkdir. Belə ki, işə başladıqdan sonra bu zavodda yüzlərlə yeni iş yerləri açılacaqdır."-deyə, Əhəd Abıyev bildirmişdir. Ötən il möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Daşkəsənə tarixi səfəri xoş təəssuratla xatırlanmış, qeyd edilmişdir ki, bu səfər Ali rəhbərin rayonumuza, onun əhalisinə diqqət və qayğısının bariz təzahürü idi. Bu səfər hər bir Daşkəsənlilin unutmayacağı bir hadisə olmuş, qəlblərdə xoş bir silinməz hiss yaratmışdır.

Çıxışının sonunda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon əhalisini bir daha Novruz bayramı münasibətilə təbrik etmiş, sonra Novruzun simvolu olan bayram tonqalını alovlandırmışdır.

Meydanın ətrafındakı geniş ərazidə ictimai-iaşə xidməti təşkil edilmiş, yerli fermerlərin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərinin satışı təşkil edilmişdi. Bayram şənliyinin iştirakçılarına rayonda hazırlanan müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunmuşdur.

Əhəd Abıyev ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış və onların işini yüksək qiymətləndirmişdir.

Daşkəsəndə bayram şənliyi yerli mədəniyyət və incəsənət ustalarının ifasında biri- birindən maraqlı çıxışlarla davam etmiş, mərasim iştirakçılarında xoş ovqat yaratmışdır.

Rayon mərkəzində bayram şənliyi başa çatdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin kollektiivi və rayon ictimaiyyətinin nümayəndələri cəbhə xəttində yerləşən "N" saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşmüşdür. Əsgərlərə Daşkəsən rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin və Respublika Hərbi Prokurorluğunun Novruz sovqatı təqdim edilmişdir. Əsgərlərlə görüş Daşkəsən rayon mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı ilə davam etmişdir.

Cəbhə xəttindəki bayram görüşündə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Respublika Hərbi Prokurorluğunun məsul vəzifəli şəxsi polkovnik Mahir Əhmədov və başqaları iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti